Ukrayna təsdiqlədi: ruslar İzyumu ələ keçirdilər

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün Rusiya qoşunlarının Xarkov vilayətində regional mərkəzi olan İzyum şəhərini ələ keçirdiyini təsdiqləyib.

Baş Qərargah aydınlaşdırıb ki, ruslar nəinki İzyuma nəzarəti davam etdirir, həm də hücum əməliyyatlarını təmin etmək üçün Severski Donets çayı üzərindən ponton keçidləri keçirir.

50 min adamın yaşadığı İzyum, əhəmiyyətli bir dəmir yolu qovşağı və Donetsk bölgəsinə gedən yolda bir növ keçid qapısıdır.

Rusiya Müdafiə Nazirliyi martın 24-də İzyumun ələ keçirildiyini elan etdi, lakin İzyumun səlahiyyətliləri o zaman döyüşlərin davam etdiyini söylədi, BBC Rus Xidməti xəbər verir. İzyuma nisbətən yaxın olan Donetsk vilayətinin Slavyansk şəhəri Ukrayna ordusu üçün mühüm məntəqədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ