Ermənistan ATƏT-in Minsk Qrupu vasitəsi ilə Azərbaycanın beş bənddən ibarət sülh təklifinə cavab verib.
Buta.media-nın xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib.
“Martın 10-da Azərbaycan Ermənistana beş bənddən ibarət sülh sazişi təklif edib. Martın 14-də biz buna Minsk Qrupu vasitəsilə yazılı şəkildə cavab verdik”, - Paşinyan deyib.
Ermənistan baş naziri həmçinin bildirib ki, aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Paşinyan qeyd edib ki, görüş zamanı Azərbaycan prezidenti ilə sülh danışıqlarının başlanmasına dair məsələləri müzakirə etməyə ümid edir.