Yaponiya hökuməti bəyan edib ki, Cənubi Kuril adaları Yaponiyanın ayrılmaz hissəsidir və hazırda Rusiya tərəfindən işğal olunub.
Buta.media xəbər verir ki, bu sözlər 2022-ci ildə dərc olunan “Göy diplomatiya üzrə kitab”da yazılıb.
Ölkə hakimiyyəti Cənubi Kuril adalarını qanunsuz işğal edilmiş ərazi adlandırıb.
Bundan əvvəl Yaponiya Kuril adalarında hərbi təlimlərə görə Rusiyaya etiraz notası göndərib. Rəsmi Tokio Rusiyanın hərəkətlərini qəbuledilməz hesab edir.
Qeyd edək ki, martın 21-də Rusiya Yaponiya ilə sülh danışıqlarında imtina edib.