Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün şərtini açıqladı

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kisliça Rusiya ilə sülh müqaviləsini imzalamaq üçün şərti açıqlayıb.

Buta.media xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

"Ukraynanın təhlükəsizlik təminatı barədə müqavilənin imzalanması yalnız RF silahlı bölmələrinin 23 fevral 2022-ci il tarxidə olduğu yerlərə qaytarılmasından sonra mümkün olacaq", - o bəyan edib.

Kisliça əlavə edib ki, Kiyev və Moskva Ukraynanın təhlükəsizlik təminatı barədə müqavilənin müddəalarının razılaşdırılması, həmçinin Silahlı Qüvvələrin və digər silahlı bölmələrin Ukrayna ərazisindən çıxarılması ilə bağlı danışıqlar davam etdiriləcək. Bundan əlavə tərəflər atəşkəsin elan edilməsi, humatinar dəhlizlərin açılması və bu dəhlizlərdə təhlükəsizliyin qorunması, həlak olan hərbçilərin cəsədlərinin, eləcə də əsirlərin dəyişdirilməsi ilə bağlı müddəaları müzakirə etmək niyyətindədirlər.

Xatırladaq ki, martın 29-da İstanbulda Dolmabahçe sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Moskva Kiyevə iki addım güzəştə gedir. Bunlardan biri Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin azaldılmasıdır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ