İsraildə atışma - Beş nəfər öldü

İsrailin Bney-Brak şəhərində atışma nəticəsində beş nəfər ölüb.

Buta.media-nın xəbərinə görə, bu barədə İsrailin Kan radiostansiyası məlumat yayıb.

Hücum edən şəxsin zərərsizləşdirildiyi bildirilir. 

Qeyd olunur ki, İsrailin baş naziri Naftali Bennet yaxın vaxtda təhlükəsizlik xidmətinin nümayəndələri ilə məsləhətləşmələr keçirəcək.

Bu İsraildə son həftədə artıq üçüncü terror aktıdır. Martın 27-də Hadera şəhərində atışma zamanı iki nəfər ölüb, daha altı nəfər isə yaralanıb. Hadisə zamanı iki terrorçu zərərsizləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ