Rusiya Kiyev istiqamətində hərbi fəaliyyətini azaltdıqdan sonra Kadırov “Kiyevi almağa” çağırıb

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat” zamanı Kiyevin ələ keçirilməli olduğunu bildirib. 

“RİA Novosti” xəbər verir ki, bu barədə o, Qroznıda hərbi qüvvələrin genişmiqyaslı toplantısında çıxışı zamanı bildirib.

“Bildirirəm ki, dayandırmaq yox, başlanmış işləri başa çatdırmaq lazımdır. Biz Kiyevə gedib Kiyevi götürməliyik. Əgər biz Kiyev yaxınlığında qalsaydıq, o zaman əminəm ki, Kiyevə gedib hər şeyi qaydasına salardıq”, - Kadırov bildirib.

Martın 28-də Ramzan Kadırov, Çeçenistan hakimiyyətinin məlumatına görə, Rusiya mühasirəsində olan Mariupola səfər edib. Səfərdən sonra Kadırov sosial şəbəkələrdə yazıb ki, “Donbasın mülki əhalisini qorumaq və Ukraynadakı xüsusi əməliyyatı məntiqi qələbə ilə sona çatdırmaq bizim birbaşa məsuliyyətimizdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ