Kreml rusiyalı deputatın Azərbaycanı hədələməsinə münasibət bildirib

Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı hədələməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Buta.media RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü, Kremlin mətbuat katibi Dmitri Peskov M.Delyaginin açıqlamasının rəsmi Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

“Mixail Delyaginin açıqlaması rəsmi Moskvanın siyasi xəttinə uyğun deyil. Bu açıqlama şəxsi duyğular müstəvisində edilib. Biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür ifadələrdən çəkinməyə çağırırıq. Azərbaycan bizim üçün tərəfdaş dövlətlər kateqoriyasına daxildir”, - deyə D.Peskov vurğulayıb. 

Qeyd edək ki, ötən gün Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı təxribat xarakterli fikirlər səsləndirib. 

O, Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ