İstanbulda Rusiya-Ukrayna danışıqları - LİVE

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilir.

Buta.media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, hazırda David Araxamia və Vladimir Medinski arasında görüş keçirilir.

***

11:02

Bu gün, martın 29-da, Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar keçiriləcək.

Buta.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlardan əvvəl nümayəndə heyətlərinə müraciət ünvanlayıb.

“Ukraynadakı vəziyyət bizi kədərləndirir. Türkiyə RF və Ukrayna nümayəndələrinin İstanbuldakı görüşünün danışıqlar prosesinə tövhə verəcəyinə ümid edir”, - o bəyan edib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin görüşünə ev sahibliyi etməyə hazırdır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ