Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bəyan edib ki, Balaklei şəhər meri İvan Stolbovoy rusiyalı hərbçilərlə əməkdaşlığa gedib.
Buta.media-nın xəbərinə görə, bu barədə UNN məlumat yayıb.
Bildirilir ki, İvan Stolbovoyu vətənə xəyanətə görə ömürlük həbs cəzası gözləyir.
“O, bizim ölkənin maraqlarına xəyanət edib. İvan Stolbovoy bizim insanları öldürən, şəhərlərimizi viran qoyanlarla əməkdaşlıq etməyə hazırlaşır”, - Sinequbov qeyd edib.
O həmçinin əlavə edib ki, Ukrayna Ali Radası vətənə xəyanətə görə cəzanı sərtləşdirib.