Putin qəssabdır - Bayden Rusiya lideri haqda dediklərini şərh etdi

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin barəsində söylədiklərinə izah verib.

Buta.media-nın xəbərinə görə, ABŞ lideri bildirib ki, Putin barəsində işlətdiyi “hərbi cinayətkar” ifadəsi Vaşinqtonun siyasi mövqeyi deyil. 

“Mən sadəcə öz qəzəbimi bildirirdim: Putin hakimiyyətdə qalmalı deyil, necə ki, pis insanlar pis hərəkətlərini davam etdirməməlidirlər”, - Bayden izah edib.

ABŞ prezidenti həmçinin əmin edib ki, Birləşmiş Ştatlar Rusiyada hakimiyyətin dəyişdirilməsi siyasətini aparmır.

Xatırladaq ki, martın 26-da ABŞ prezidenti Rusiya lideri Vladimir Putini “qəssab” adlandıraraq onun hakimiyyətdə qalmamalı olduğunu bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ