Azərbaycan Ukraynanı əkin üçün yanacaqla təmin etməyə hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə telefon danışığına dair Tviter paylaşımında yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Dinc əhaliyə qarşı vurulan yeni zərbələr barədə məlumat verdim. Yaşıl dəhlizlərə olan ehtiyacı müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür etdim”, - o qeyd edib.