G7 ölkələri Rusiya qazını rublla ödəməkdən imtina edib

G7 ölkələri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbinə əməl etməyəcək. 

Reuters agentliyinin məlumatına görə, bu barədə Almaniyanın İqtisadiyyat naziri Robert Habek G7 iştirakçılarının danışıqlarının yekunları üzrə məlumat verib.

Habekin sözlərinə görə, G7 ölkələrinin bütün energetika nazirləri rublla ödəniş tələbinin “mövcud müqavilələrin birtərəfli açıq şəkildə pozulması” olduğunu qəbul etdilər.

“Rublda ödəniş qəbuledilməzdir və biz maraqlı şirkətləri Putinin tələbini yerinə yetirməməyə çağırırıq”, o deyib və əlavə edib ki, “Putinin bizi bölmək cəhdi göz qabağındadır, lakin bu baş verməyəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ