Kalininqrad Polşa ərazisidir - Rusiyaya qarşı ərazi iddiası

Polşa Quru Qoşunlarının sabiq komandiri general Valdemar Skşipçak (Waldemar Skrzypczak) bəyan edib ki, hazırda Rusiya ərazisi sayılan Kalininqrad 1945-ci ildə işğal olunub.

Onun sözlərini “Do Rzeczy” nəşri sitat gəririr.

Skşipçakın fikrincə, bu torpaqların heç vaxt Rusiyaya məxsus olmadığı və Polşanın ərazisi olduğu üçün Varşava öz iddialırını irəli sürməlidir. General həmçinin eitraf edib ki, Kalininqrad heç bir hərbi əhəmiyyət kəsb etməyən ərazidir.

Qeyd edək ki, bundan əvvəl Skşipçak NATO qüvvələrinin iştirakı ilə Kalininiqradda hərbi əməliyyatların mümkün ssenarisini təsvir edib. O bildirib ki, regionda hərbi müaqişə zamanı Rusiya tərəfdən əsas rolu Baltik dənizi donanması və Kalininqrad müdafiə qüvvələri oynayacaq. Mövcud motoatıcı hərbi hissələrlə yanaşı, daha iki diviziya səfərbər oluna bilər. General qeyd edib ki, bunlardan əlavə daha iki motoatıcı və iki-üç tank alaylarının təchiz olunması üçün anbarlarda modernləşdirilmiş hərbi texnika var.

Bu bölmələrin qarşısında NATO qüvvələrinin Baltikyanı dövlətlərin ərazisinə keçidin qarşısını almaq məqsədi qoyulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ