Jirinovskinin ölüm xəbəri yayıldı

Rusiya liberal-demokrat partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski vəfat edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, siyasətçi martın 25-də Bakı vaxtı ilə saat 11:45-də dünyasını dəyişib. Bundan əvvəl Jirinovski komada idi.

Senator Aleksandr Pronyuşkin Teleqram kanalında Jirinovskinin öldüyünü bildirsə də, daha sonra yazdığı postu silib.

Öz növbəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin LDPR liderinin dünyasını dəyişmədiyini, lakin vəziyyətinin ağır olduğunu bildirib və Jirinovskinin sağalmasını arzulayıb.

Jirinovski xəstəxanaya koronavirusa yoluxduqdan sonra ikitərəfli pnevmoniya diaqnozu lə yerləşdirilmişdi.

Martı ayında o septik şok yaşamışdı, daha sonra siyasətçinin ağ ciyərləri dayanmışdı. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ