Putinin böyük qızı boşanır - Sanksiyalara görə

RF prezidenti Vladimir Putinin böyük qızı 36 yaşlı Mariya Voronçova niderlandlı həyat yoldaşı Yorrit Faassenlə boşanır. 

Buta.media UNİAN-a istinadən xəbər verir ki, ailənin dağılmasının səbəblərindən biri Rusiyaya qarşı tətbiq olunan sanksiyalardır.

Qeyd olunur ki, Voronçova həyat yoldaşı ilə birgə Rusiyada Sankt-Peterburq yaxınlığında zəngin insanlar üçün tibb mərkəzi açmağı planlaşdırmışdı, lakin onlar planlarını Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərə görə həyata keçirə bilməyiblər.

Rusiyalı jurnalist Sergey Kanev də yazıb: "Planlar Avropadan xəstələri və Fars körfəzi ölkələrindən zəngin şeyxləri cəlb etmək idi. Hücumdan sonra Ukraynaya necə avropalılar və şeyxlər gələcək?"

Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Mariya Vorontsova uşaqlarda nadir rast gəlinən genetik xəstəliklər üzrə ekspert, eləcə də Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinologiya Mərkəzinin aparıcı elmi işçisidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ