Rusiya ölüm hökmünü qaytarır? - Medvedevdən açıqlama

Hazırda Rusiyada ölüm hökmünün qaytarılması ilə bağlı heç bir məhdudiyyət yoxdur, lakin hər şey mövcud vəziyyətdən asılı olacaq – əgər sabitlik olsa, moratorium saxlanıla bilər, və ya lazım olanda qanun dəyişdirilə bilər.

Buta.media-nın xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində deyib.

Medvedev qeyd edib ki, bu çox çətin məsələdir və ölüm hökmünə müxtəlif yanaşmalar ola bilər. 

Siyasətçi xatırladıb ki, Avropada ölüm hökmünə qadağa qoyulanda Rusiya bu qaydaya qoşuldu, lakin ABŞ və Çin ölüm hökmündən imtina etmədilər.

Medvedev həmçinin əlavə edib ki, Rusiya Konstitusiya Məhkəməsinin qərarı dəyişdirlə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ