Rusiya nüvə silahından istifadə etsə ABŞ nə edəcək? - Planlar açıqlandı

ABŞ hökuməti Rusiyanın bioloji, kimyəvi və nüvə silahından mümkün istifadəsi ilə bağlı cavab planı hazırlamaq üçün xüsusi qruplar yaradıb.

Buta.media-nın xəbərinə görə, bu barədə “The New York Times” (NYT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına əsasən, “Pələng” adı alan komanda Moskvanın NATO ölkələri ərazisində Ukraynaya silah daşıyan texnika və digər yardım avtomobillərinə mümkün hücumuna müxtəlif cavab ssenarilərini öyrənir. Qeyd olunur ki, qrupda yer alan mütəxəssislər Rusiyanın nüvə silahından istifadəsinin mümkünlüyünü aşağı qiymətləndirirlər.

NYT yazır ki, qrup həmçinin hərbi münaqişənin Gürcüstan, Moldova və regionun digər ölkələrinə yayılma variantlarını, həmçinin Ukrayna qaçqınlarının Avropa ölkələrinə kütləvi köçünü öyrənir. Bundan əlavə NATO-nun Ukraynada hərbi münaqişəyə qoşulması ilə bağlı qırmızı xətlər müəyyən edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ