“The Insider”in jurnalisti Kiyevdə həlak olub

Kiyevdə “The Insider” nəşrinin jurnalisti Oksana Baulina həlak olub.

Buta.media xəbər verir ki, Baulina Rusiya ordusunun Kiyevin Podolsk rayonuna endirdiyi raket zərbələrinin nəticələrini çəkərkən atəş altına düşüb.

“The Insider”in məlumtına əsasən, jurnalisti müşayiət edən dic sakinlərdən biri onunla birlikdə həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, Oksana Baulina “The Insider” nəşrindən əvvəl Aleksey Navalnının korrupsiyaya qarşı fondunda işləyirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ