Şoyqu yoxa çıxıb - Rusiya müdafiə naziri niyə görünmür?

Rusiya KİV ictimai məkandan ölkənin müdafiə naziri Sergey Şoyqunun “yoxa çıxmasını” diqqətdən qaçırmayıb.

Sonuncu dəfə onu martın 11-də Ukraynada müharibədə iştirak edən hərbi qulluqçuların mükafatlandırma mərasimində görüblər.

“Deutsche Welle” nəşri qeyd edir ki, RF müdafiə naziri 12 gündür publikada görünmür. 

Rusiyanın “Aqentstvo” nəşri bildirir ki, martın 11-nə qədər Şoyqu hər gün xəbərlərdə görünürdü. Martın 18-də Sergey Şoyqunun adı Kremlin saytında dərc olunan məlumatda qeyd edilib – Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə “Ukrayndakı xüsusi əməliyyatı” müzakirə edib. Lakin müşavirədən foto və video dərc olunmayıb.

Müdafiə nazirinin “yoxa çıxamasına” ilk olaraq “Mediazona” nəşrinin jurnalisti Dmitri Treşanin diqqət yetirib. Bununla yanaşı araşdırmaçı jurnalistlər Şoyqunun yaxınlarına istinadən bildirirlər ki, müdafiə nazirinin ürəyi bağlı problemləri var.

Bundan əlavə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun da “yoxa çıxması” ilə bağlı məlumatlar yayılıb. Onun işitrakı sonuncu tədbir martın 11-də keçirilib. Gerasimov həmin gün türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ