Putinin xüsusi nümayəndəsi istefa verib Rusiyadan getdi

“Rosnano”nun sabiq rəhbəri Anatoli Çubays Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.

Buta.media-nın xəbərinə görə, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Çubays Rusiyadan gedib. Onun istefası ilə bağlı məlumatı TASS nəşri də öz mənbələrinə istinadən təsdiqləyir.

“Rosnano”nun sabiq rəhbərinin qardaşı İqor Çubays bildirib ki, siyasətçinin qərarı barədə heç bir məlumatı yoxdur.

Qeyd edək ki, Anatoli Çubays Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsini 2020-ci ilin dekabrın 4-dən tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ