Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.
Buta.media xəbər verir ki, bunu RF prezidenti Vladimir Putin bəyan edib.
“Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza, Rusiya rubluna görə ödənişlərin köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, - Putin qeyd edib.
Putin həmçinin qeyd edib ki, RF qaz tədarükünün həcmini və qiymətini mövcud müqavilələrə əsasən həyata keçirəcək.