Polşa onlarla rusiyalı diplomatı ölkədən çıxarır

Polşa hökuməti 40-a yaxın rusiyalı diplomatı ölkədəön çıxarır.

Buta.media-nın xəbərinə görə, bu barədə Onet.pl saytı Polşa hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, rusiyalı diplomatlar onların diplomatik statusuna uyğun olmayan işlərlə məğul olduqları üçün ölkədən çıxırılır. Portalın məlumatına əsasən, bununla əlaqədar Rusiya səfiri Sergey Andreyev Polşa XİN-ə çağırılıb. Məlumatın rəsmi təsdiqi hələlik yoxdur.

Martın 18-də Bolqarıstan on rusiyalı diplomatı “persona non qrata” elan edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ