Taliblər qızlara məktəbə getməyi qadağan etdilər

“Taliban” hərəkatının idarə etdiyi Əfqanıstanda Təhsil Nazirliyi orta və yuxarı siniflərdə qızlara məktəbə getməyi qadağan edib.

Buta.media-nın xəbərinə görə, bu barədə yerli Ariana News telekanalı məlumat yayıb.

Nazirliyin sərəncamına əsasən, “orta və yuxarı siniflər növbəti bildirişə qədər qızlar üçün bağlı olacaq”. Növbəti tədris ilindən qızlar məktəbə yalnız altıncı sinifə qədər gedə biləcəklər.

Qeyd edilir ki, belə qərarın səbəbi məktəbli formasının müsəlman qızlar üçün qəbuledilməz olmasıdır.

Qurumdan bildiriblər ki, əgər yeddinci sinifdən on ikinci sinifə qədər qızlar üçün məktəbli forması şəriət qaydalarına, milli ənənələrə və mədəniyyətə uyğun olsa məktəblərin qapıları onlar üçün yenidən açılacaq

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ