Kreml Rusiyanın hansı şəraitdə nüvə silahından istifadə edəcəyini açıqladı

Kreml nümayəndəsi Dmitri Peskov Rusiyanın nüvə silahından istifadə etməsinin mümkünlüyündən danışıb.

Buta.media-nın xəbərinə görə, o, bu barədə CNN telekanalının efirində açıqlama verib.

“Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, açıq istifadədədir, siz nüvə silahının istifadə edilə biləcəyi bütün səbəbləri oxuya bilərsiniz”, - Peskov bəyan edib. Onun sözlərinə görə, Rusiya nüvə silahından yalnız ölkəyə eksiztensial təhlükə mövcüd olduqda istifadə edəcək.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, nüvə müharibəsinin mümkünlüyünə inanmır. Diplomat qeyd edib ki, məhz Qərb nümayəndələri Ukrayna böhranı fonunda mümkün nüvə müharibəsi ilə bağlı mövzuları “alışdırır”.

ABŞ prezidenti Co Bayden isə amerikalıları nüvə müharibəsinin baş verməyəcəyinə əmin edib.

Xatırladaq ki, fevralın 28-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə ölkənin strateji çəkindirmə qoşunları (nüvə triadası) döyüş vəziyyətinə gətirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ