Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyevdə Rusiya qoşunlarının hərbi paradının keçirmək niyyətindən danışıb.
Buta.media xəbər verir ki, Kadırov bu barədə öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Çeçenistan daxili işlər naziri Ruslan Alxanov Ukraynada döyüşlərdə iştirak edən rusiyalı hərbi qulluqçuların düşərgəsində olub.
“Alxanov bəyan edib ki, Rusiya qoşunlarının, o cümlədən, Çeçenistan güc strukturlarının nümayəndələrinin iştirakı həyata keçirilən xüsusi əməliyyat bütün cəbhələrdə uğurla davam edir və Kiyevdə paradla bitəcək”, - deyə Kadırov yazıb.
Bundan əvvəl Kadırov Qroznıdan Ukraynaya növbəti könüllü dətəsinin yolda düşdüyünü bəyan edib.