Çində göyrətəsində 132 nəfər olan təyyarə qəzaya düşdü - VİDEO

Çinin cənubunda China Eastern Airlines şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Buta.media xəbər verir ki, Çin Mülki Aviasiya İdarəsinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 132 nəfər olub – 123 sərnişin və doqquz ekipaj üzvü.

Hadisə yerinə xilasedicilər cəlb edilib. 

Flightradar24 məlumatına əsasən, təyyarə Kunmindən yerli vaxtla saat 13:15 də havaya qalxıb. Saat 14:20 Uçjou rayonunda təyyarə sürəti kəskin azaldaraq hündürlüyü itirməyə başlayıb, daha sonra isə radarlardan itib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ