Litva hakimiyyəti Rusiya və ya Belarusa ixrac edilə bilən nağd avronun miqdarını məhdudlaşdırıb.
İndi Litva-Rusiya və ya Litva-Belarus sərhədini keçən hər bir şəxs özü ilə 60 avrodan çox olmayan pul götürə bilər. Digər nağd valyutanın ixracı məhdudlaşdırılmır.
Limitdən artıq pulu aşkarlanan qanun pozucuları Litvaya qaytarılaraq inzibati məsuliyyətə cəlb olunacaqlar.
Martın 2-də Avropa İttifaqı Rusiyaya nağd avronun ixracına qadağa qoyub. Eyni zamanda, fiziki şəxslər üçün də istisna edilib - qadağa şəxsi məqsədlər üçün istifadə edilən pullara şamil edilmir.