Vaşinqton və Pekin Co Bayden və Si Cinpin arasında video konfransın başa çatdığını elan etdilər. Zəng təxminən iki saat davam edib.
Hələlik məlum olan odur ki, Si Cinpin Ukrayna böhranının Çinin görmək istəmədiyi bir şey olmadığını deyib. Çin rəhbəri həmçinin hesab edir ki, ABŞ və Çin qlobal sülhün qorunması üçün səy göstərməlidir.
Amerika tərəfində isə bildirilir ki, Bayden Si Cinpini Ukraynadakı hərbi əməliyyatları dayandırmaq üçün Putinə təsirindən istifadə etməyə çağırır.
Bir gün əvvəl ABŞ administrasiyası bildirmişdi ki, Bayden Çin liderini Rusiyaya hərbi yardımdan və ona sanksiyalardan yayınmaqda yardım etməkdən xəbərdar edəcək – əks halda ABŞ Çinə qarşı hansısa cavab tədbirləri görməyə hazırdır.