Putinin çıxışı yarıda kəsildi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Lujniki” arenasında konsert izləyib.

O, tədbirdə çıxış edərkən onun çıxışının federal kanallarda yayımı qəfil yarımçıq kəsilib və Oleq Qazmanovun konsertindən kadr göstərilib. Analoji hadisə Rusiya XİN sözçüsü Mariya Zaxarovanın çıxışı zamanı da baş verib. 

Kremlin sözçüsü Dmitri Peskov Putinin çıxışının kəsilməsini belə izah edib: “Serverdə texniki nasazlıq olub”.

Qeyd edək ki, bu, Putinin Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra xalq arasında ilk çıxışı idi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ