Rusiya ordusu Ukraynada niyə məğlub olur? - SƏBƏBLƏR

Bu gün Rusiya və Ukrayna arasında irimiqyaslı müharibənin artıq 23-cü günüdür. Üç həftə ərzində Rusiya ordusu heç bir taktiki uğur qazanmayıb və yalnız iri şəhərlərin mühasirəsi və bombardmanı ilə kifayətlənir.

İsrail Müdafiə Qüvvələrinin zabiti, hərbi analitik İqal Levin Rusiyanın Ukraynada apardığı hərbi kampaniyanın uğursuzluğunun səbələrini təhlil edib.

Buta.media onun məqaləsindən çıxarışları təqdim edir:

Levinin fikrincə Rusiya ordusunun uğursuzluğunun ilk səbəbi, hücumdan əvvəl döyüş zonlarının müəyyən ediləməməsidir.

“Hərb sənətində sizin bir neçə operativ zonanız var: cəmləşmə zonası, irəliləmə zonası, qüvvələrin yerləşdirilməsi zonası və döyüş zonası. Siz bu zonalarda öz qüvvələrinizi eyni qaydada hərkət etdirməyəcəksiniz, misal üçün, yürüş kampaniyasında. Lakin müharibənin ilk günlərində biz Rusiya ordusunda bu səhvi gördük. RF SQ-nin hissələri Ukrayna ərazisinə sanki hərbi paraddakı kimi girdilər, elə bil müqavimət gözləmirdilər. Niyə belə açıq səhvə yol verilmişdi? Görünür komandanlıq müqavimətin az olacağı və rusiyalıları “güllərlə” qarşılanacaqları barədə məlumat almışdı. Başqa izah burada çətin tapılar”, - ekspert yazır.

Hərbi analitik İqal Levin

Levin həmçinin qedy edir ki, Rusiya ordusu əsasən magistral və yollarla hərkət edir.

“Yadımdadır zabit məktəbində bizi öyrədirdilər ki, müharibə zamanı heç vaxt magistral və yollarla hərəkət etməyin. Bu sizin qüvvələrin aşkar edilməsini asanlaşdırır və operativ imkanlarınızı məhdudlaşdırır. Yollarla yalnız logistika qüvvələri hərəkət edə bilər. Və bu da həmişə olmur – magistral və yollardan istifadə etməməklə çətin təminat sistemləri var. Niyə RF SQ öz qüvvələri ilə “xətt” üzrə hərəkət edir? Bunu yalnız komandirlərin zəif hərbi hazırlığı ilə izah edə bilərəm”, - məqalədə qeyd olunur.

Bundan əlavə Rusiya komandanlığı logistika qüvvələrini mühafizəsiz göndərir.

“Bunu böyük miqyasda logistika kolonlarının məhv edilməsi ilə bağlı videolarda görə bilərsiniz. Ukrayna hərbçiləri arxada düzgün işləyirlər və Rusiya ordusunun təminatını effektiv şəkildə kəsirlər. Bu günə qədər artıq minlərlə təminat maşınlarının məhv edilməsi sənədləşdirilib. Həmçinin nəzərə almaq lazımdır ki, logistika RF SQ-nin “axilles dabanıdır” və əsasən dəmiryolu nəqliyyatından asılıdır, buna görə yüz kilometrlərlə aralıda olan qüvvələri təmin edə bilmir. Bura Ukrayna əhalisinin mübarizəsini də əlavə etmək olar”, - Levin qeyd edir.

İsrailli ekspert hesab edir ki, Rusiya komandalığı Ukrayna HHQ və HHM-nin, o cümlədən “Bayraktar”ların imkanlarını düzgün qiymətləndirməyib.

“Qeyd edim ki, üç həftə ərzində Bayraktar TB2 PUA-larının təsdiq olunmuş məhv etdiyi hədəflərin sayı 50-dir. Bu rəqəm çox böyük görsənə bilməz, lakin nəzərə almaq lazımdır ki, hədəflər komanda qərargahları, HHM qüvvələri və kommunikasiya sistemləridir. Bayraktar TB2 kiçik ölçüsü və kompozit korpusuna görə çətin aşkar edilir. O, 7 kilometr yüksəklikdən zərb endirə bilir. Bayraktar çox effektiv döyüş maşınıdır və niyə Rusiya komandanlığı tərəfindən nəzərə alınmayıb?”, - məqalədə deyilir.

Ekspert əlavə edib ki, Rusiya Silahlı Qüvvələri özünə nə ikinci eşelon, nə də hücumun inkişafı üçün strateji ehtiyat qüvvələri saxlamayıb.

“150-200 minlik qüvvə Ukrayna ordusunnun darmadağın edilməsi üçün çox azdır. Görünür, bu Rusiya ordusunun bütün gücüdür, belə olmasaydı, onlar suriyalıları döyüşlərə cəlb etməzdilər. Əlbəttə, səfərbərlik elan edib qüvvələri doldurmaq olar, lakin bunu daha əvvəl etmək lazım idi. Bu gün isə səfərbərlik onsuz da ölən Rusiya iqtisadiyyatına son zərbə olacaq, və Kreml öz vətəndaşlarına silah verməyə qorxacaq. Maraqlıdır, bu qədər az qüvvə ilə hücuma keçən Rusiya nəyə ümid edirdi? Ukrayna hərbçilərinin müqavimət göstərməyəcəyinə? Burada Rusiya kəşfiyyatının total bacarıqsızlığını da qeyd etmək yerinə düşər, - Levin yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ