Vicdan əzabı: Azərbaycanda 6 nəfəri öldürüb qaçan türk 5 sonra qayıtdı - VİDEO

Azərbaycanda 6 nəfərin öldüyü qəzadan sonra qaçıb Türkiyəyə gedən TIR sürücüsü Yaqub Yazıcı 5 il sonra təslim olmaq üçün Bakıya qayıdıb.
 
Buta.media-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, 2011-ci ildə Ağstafada içərisində 8 nəfərin olduğu minik avtomobili Yaqub Yazıçının idarə etdiyi TIR-la toqquşub və qəzada 6 nəfər azərbaycanlı ölüb. TIR-ın sürücüsü hadisə yerini tərk edərək Gürcüstana, oradan isə Türkiyəyə qaçıb.
 
Azərbaycanda aparılan istintaq minik avtomobilinin sürücüsünün sərxoş və sürücülük vəsiqəsinin olmadığını üzə çıxarıb. 38 yaşlı Yaqub Yazıçı Bakı məhkəməsinin qərarı ilə 10,5 il qiyabi həsb cəzası alıb. Daha sonra pnun haqqında İnterpolun qırmızı xətti ilə axtarış elan olunub.


 
Ailəsinin sözlərinə görə, qəzadan sonra Artvindəki evinə dönən Yazıçı psixoloji problemlər yaşayıb, kabuslar görüb. Gecələri gözünə yuxu getməyən Yazıçı vicdan əzabına dözə bilməyib və hadisədən 5 il sonra Azərbaycana qayıdaraq polisə təslim olub. Hazırda Bakıda həbsxanada yatan Yazıçının 83 və 78 yaşlı valideynləri isə oğullarının qalan cəzasını ölkəsində çəkməsi üçün Türkiyə prezidentindən yardım istəyiblər. 
 
Xatırladaq ki, 2011-ci ildə 1967-ci il təvəllüdlü, Ağstafa rayonunun Qırlı kənd sakini Xalid Aslanovun Bakı şəhəri istiqamətində idarə etdiyi “VAZ-21011” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan 1981-ci il təvəllüdlü, Türkiyə vətəndaşı Yaqub Yazıçının idarə etdiyi “Mercedes-Benz” markalı qoşqulu yük avtomobili toqquşub.
 
Qəza nəticəsində “VAZ-21011”in sürücüsü və sərnişinlər - 2004-cü il təvəllüdlü Emin Aslanov, 2000-ci il təvəllüdlü Mətanət Aslanova, 2009-cu il təvəllüdlü Teymur Aslanov, 1929-cu il təvəllüdlü Güllüzar Aslanova, 1958-ci il təvəllüdlü Elza Aslanova hadisə yerində ölüb, 1980-ci il təvəllüdlü Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynurə Aslanova xəsarət alıblar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ