Bayden Putini qanlı diktator və quldur adlandırdı - VİDEO

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “qanlı diktator və Ukrayna xalqına qarşı əxlaqsız müharibə aparan quldur” adlandırıb. O, bu barədə İrlandiyanın Dostları təşkilatının Kapitoliyada Müqəddəs Patrik Günü münasibətilə illik şam yeməyində bildirib.

Bir gün əvvəl, martın 16-da Bayden Putini hərbi cinayətkar kimi təsvir etdi. Bir il əvvəl Bayden Putini “qatil” hesab edib-etməməsi ilə bağlı suala müsbət cavab vermişdi.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin son bəyanatlarını şərh edərək, onları “tamamilə yolverilməz, qəbuledilməz və üzrsüz” adlandırıb. Kreml sözçüsünə görə, “uzun illər dünyanın hər yerində insanları bombalayan” dövlət başçısının belə sözlərə haqqı yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ