Hərbi cinayətkar kimdir? Bayden öldürdüyü minlərlə insanı xatırlamalıdır - VİDEO

ABŞ Prezidenti Co Bayden 1999-cu ildə Belqradı bombalamağı təklif edirdi.

Buta.media-nın xəbərinə görə, bu barədə  “Roskosmos”un rəhbəri Dmitri Roqozin öz Telegram kanalında yazıb.

Roqozin ABŞ liderinin çıxışının arxiv videosunu da yayıb.

“Bəlkə, Baydenə xatırladaq, hərbi cinayətkar kimdir? Bir ayağı qəbirdə olan bu qoca törətdiyi vəhşilikləri, öldürdüyü minlərlə insanı xatırlamalıdır”, - Roqozin yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden bəyan edib ki, Vladimir Putini “hərbi cinayətkar” hesab edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ