Putin Paşinyanla Qarabağı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə Ermənistan hökuməti məılumat yayıb.

Söhbət zamanı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunulub.

Tərəflər Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Həmçinin Ermənistan-Türkiyə dialoqu kontekstində son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ