Rusiyada “Birinci kanal”da “Müharibəyə yox!” deyən Marina cəzalandı - VİDEO

Ostankino Rayon Məhkəməsi Birinci Kanalın əməkdaşı Marina Ovsyannikovanı xəbər yayarkən müharibə əleyhinə posterlə kadra girdiyinə görə 30 min rubl (473 AZN)cərimələyib.

O, razılaşdırılmamış ictimai aksiya təşkil etməkdə təqsirli bilinib. Söhbət onun müharibə əleyhinə hərəkətindən yox, insanları müharibəyə etiraz etməyə çağırdığı videomüraciətindən gedir.

Ovsyannikova həmçinin Rusiya hərbçiləri haqqında “bilərəkdən yalan məlumatların açıq şəkildə yayılması” ilə bağlı yeni cinayət maddəsi ilə sınaqdan keçirilir.

Xatırladaq ki, Rusiyanın “Birinci kanal”ının canlı efirində telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.

Daha sonra “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, M. Ovsyannikova saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ