“Azov” polku rusiyalı generalı məhv etdi - FOTO

Bu gün, martın 15-də Ukraynanın “Azov” polku Rusiya ordusunun general-mayorunu məhv edib.

Bu barədə “Azov”un Telegram kanalında məlumat verilib.

Bildirilir ki, ölən şəxsin adı və soyadı hələlik məlum deyil. 

Öldürülən zabitin fotosu paylaşılıb, onun formasında general rütbələri olub.

Xatırladaq ki, buna qədər Ukrayna ordusu üç rusiyalı generalı məhv edib -  genral-mayor Andrey Kolesnikov, genral-mayor Vitali Gerasimov və general-mayor Andrey Suxoveçki.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ