Türkmənistanda prezident seçkilərinin nəticələri məlum olub.
Buta.media-nın xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın məlumatına əsasən, Türkmənistanın yeni prezidenti ölkənin hazırki lideri Qurbanqulu Berdıməhəmmədovun oğlu, respublikanın baş nazirinin müavini Sərdar Berdıməhəmmədov olub. O, səsvermədə seçicilərin 72,97 faiz səsini toplayıb. Qeyd olunur ki, seçkilərdə seçici aktivliyi 97,17 faiz təşkil edib.
Səsvermə şənbə günü, martın 12-də başlayıb, ümumilikdə 9 namizəd ölkə prezidenti postu uğrunda mübarizə aparıb.
Qeyd edək ki, Sərdar Berdıməhəmmədov 2021-ci ilin fevral ayından Türkmənistanın vitse-prezidenti postunda çalışır.