İlon Mask Putinə “əlcək atdı” - Cavabını Kadırov verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Valdimir Putinə dəstək olub.

Buta.media xəbər verir ki, Kadırov öz Telegram kanalında Putinə “əlcək atan” biznesmen İlon Maska cavab verib.

“İlon Mask, mən sənə Putinlə döyüşməyi məsləhət görməzdim. Çəki kateqoriyaları çox müxtəlifdir. Sən bunu necə təsəvvür edirsən? Sən rinqin qırmızı küncündə - biznesmen və bloger. Putin göy küncdə - dünya siyasətçisi, strateq, Qərb və ABŞ-ın qorxusu. Vladimir Vladimiroviç zəif rəqibi döyəndə idman baxımından düzgün görsənməyəcək. Buna görə, sən məşq etməlisən ki, zərif İlonadan brutal İlona çevriləsən. Təklif edirəm ki, Çeçenistan Respublikasında bir neçə mərkəzdə hazırlıq keçəsən”, - Kadırov yazıb.

Xatırladaq ki, bundan əvvəl Tesla və Space X şirkətlərinin sahibi İlon Mask öz Twitter s’hif’sind’ Putini Ukraynaya görə döyüşə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ