BMT Ukraynada vəziyyətin eskalasiyası və hava məkanının bağlamaqla bağlı çağırışlar fonunda həyəcan təbili çalır.
Buta.media-nın xəbərinə görə, təşkilatın baş katibi Antoniu Qutteriş bəyan edib ki, nüvə müharibəsinin mümkünlüyü yenidən aktual olub.
Qutteriş qeyd edib ki, Karib böhranından sonra, bəşəriyyat nüvə müharibəsi ehtimalının keçdiyi ilə özünü sakitləşdirdi. Lakin bu gün nüvə münaqişəsi ilə bağlı çağırışlar yenidən yayılmağa başlayıb.
Baş katib Ukrayna üzərindən hava məkanını bağlamağa çağıran hər kəsi bunu xatırlamağa çağırıb.
“Əvvəllər ağlasığmaz sayılan nüvə müharibəsi perspektivi, yenidən mümkün sahəyə qayıdıb”.
Qutteriş həmçinin əlavə edib ki, BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fondu Ukraynaya tibbi ləvazimatlar, yemək və su üçün 40 milyon dollar ayırıb.