Təslim olun və ya sonunuz çatacaq - Kadırov Ukraynada döyüş zonasında

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, sosial şəbəkələrdə yayılan videolarda, o, Ukraynanın Qostomel qəsəbəsindədir.

Buta.media xəbər verir ki, Kadırov bu barədə öz Telegram kanalında yazıb.

“Kiyev nasistləri, biz sizdən 20 kilometr məsafədə idik, hazırda isə daha yaxın, tapın görək biz nə qədər yaxınlaşmışıq. Bəlkə biz Kiyevdəyik və yalnız əmri gözləyirik?”, - Çeçenistan lideri yazıb.

Kadırov həmçinin bildirib ki, Ukraynada müharibə zonasına Dövlət Dumasının deputatı Adam Delimxanov da gəlib.

Çeçenistan prezidenti bəyan edib ki, “əmr qüvvədədir, nasistlərin tam məhvinə qədər”. 

Ukrayna kəşfiyatının zəif işlədiyini bildirən Kadırov müqavimət göstərənlərə təslim olmağı təklif edib.

“Bizim yanımızda dayananın, və ya sonunuz çatacaq”, - deyə o yekunlaşıdırb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ