Ukraynada valideynlərini itirən körpələrin çarəsiz vəziyyəti - VİDEO

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Əməliyyat zamanı qadın və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar öz rəsmi Twitter hesabında hərbi əməliyyat zamanı valideynlərini itirən uşaqların videogörüntülərini paylaşıb.

“Putin bu məsum uşaqların ana və atalarını oğurlamaqla yetinmədi, uşaqlıqlarını da əllərindən aldı. Bunu əsla əfv etməyəcəyik”, - deyə Bodnar qeyd edib. 

Videodan əksəriyyəti 5 yaşına qədər çox sayda körpə görmək mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ