Roma Papası: Ukrayna şəhərləri “qəbiristanlığa çevrilir”

Müqəddəs Pyotr meydanında tamaşaçılar qarşısında çıxış edən Roma Papası Fransisk Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırıb.

Fransisk , xüsusilə, Ukraynada xəstəxanaların və digər mülki hədəflərin bombalanmasının "barbarcasına" və "məcburi strateji səbəblər olmadan" olduğunu bildirib.

“Tanrının adı ilə sizdən xahiş edirəm: bu qətliamı dayandırın!” o deyib və əlavə edib ki, Ukrayna şəhərləri “qəbiristanlığa çevrilmək” riski altındadır.

“Reuters”in məlumatına görə, bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra Roma Katolik Kilsəsinin rəhbərinin verdiyi ən sərt bəyanatlardır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ