Rusiya Ukraynaya fosfor bombası atdı - VİDEO

Luqansk vilayətinin Popasna şəhərində rus ordusu fosforlu sursatlardan istifadə edib.

Buta.media xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksiy Biloşitski “Facebook” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, fosforlu sursatları qadağan edilib, onlar dağıdıcı və yandırıcı nəticələrə gətirib çıxarır.

“Bunu nasistlər “Brennende Zwiebel” adlandırırdılar. Bunu indi işğalçılar şəhərlərimizə buraxırlar. İnanılmaz əzablar və yanğınlar var”, - deyə Beloşitski vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qaydai Lisiçansk, Severodonetsk və Rubijne şəhərlərinin ətrafında döyüşlərin getdiyini, Popasna və Qorskayanın isə davamlı olaraq atəşə tutulduğunu bildirmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ