Çeçenistan prezidenti Ramzan Kadırov rusiyalı jurnalist Vladimir Solovyovun şousuna tapança ilə gəlib.
Buta.media-nın xəbərinə grörə, Kadırov bildirib ki, tapança Ukrayna istehsalıdır.
“Bu qənimət kimi götürülən silahdır”, - Çeçenistan lideri deyib. Solovyov isə Kadırovun studiyaya gəlməsini onun üçün “şərəfli” olduğunu deyib.
Şou zamanı Kadırov Ukraynaya Rusiya maraqlarını qorumaq üçün getməyə hazır olan çeçen “könüllülərindən” danışıb.