“Müharibə başlayandan, yəni 16 gün ərzində 1300 Ukrayna əsgəri həlak olub”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq həlak olan əsgərlərin sayını açıqlayarkən deyib.
“Rusiyada isə 12 mindən çox hərbçi həlak olub. Hər on nəfərdən biri. Onların 12 mininin həlak olmasına sevinmirəm", - Prezident qeyd edib.
O qeyd edib ki, bu, onun bütövlükdə dünyaya baxışı deyil, çünki rusların da valideynləri var:
”Ruslar arasında ölənlərin sayı həqiqətin bizim tərəfimizdə olması ilə bağlıdır”.