Putinin Şolz və Makron ilə söhbəti nəticəsiz qaldı

Vladimir Putin Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla telefonla danışıq aparıb.

75 dəqiqəlik söhbət zamanı Almaniya kansleri və Fransa prezidenti Ukraynada dərhal atəşkəsə və münaqişənin diplomatik yolla həllinə çağırıblar. 

BFMTV kanalının məlumatına görə, Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla söhbəti zamanı “müharibəyə son qoymağa hazır olduğunu ifadə etməyib”. Avropa liderləri Rusiya Federasiyasının prezidentindən “Mariupolun mühasirəsini dayandırmağı” tələb ediblər.

Söhbətin sonrakı məzmununun açıqlanmaması qərara alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ