Ukraynada neft anbarına aviazərbələr: güclü yanğın başlayıb - VİDEO

Kiyevin Vasilkov vilayətində avizərbələrdən sonra neft anbarında yanğın başlayıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Kiyev vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksey Kuleba öz Telegram kanalında məlumat verib.

“İşğalçılar ötən gecə Vasilkovda neft anbarına zərbələr endiriblər”,  - deyə o bildirib.

Qeyd olunur ki, Kryaçki kəndində yerləşən neft anbarında yanğın aviazərbədən sonra başlayıb. Hərbi aerodrom yerləşdiyi əraziyə ən azı altı raket buraxılıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ