Rusiyada Instagram qadağa olundu

Rusiyada Instagram qadağa olundu

“Roskomnadzor” (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) Rusiya ərazisində Instagram sosial şəbəkəsini qadağan edib.

Buta.media-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Instagram-ın ölkə ərazisində bloklanmasına səbəb kimi ABŞ-ın Meta (keçmiş Facebook) şirkətinin platformada rusiyalılara qarşı zorakılıq çağırışlarına icazə verməsi göstərilir. 

Qurumdan həmçinin qeyd olunub ki, platforma özündə Rusiya vətəndaşları və hərbçilərinə qarşı zorakılıq çağırışları ehtiva edən materiallar yayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ