Ukrayna “Rossiya Seqodnya” informasiya agentliyinin baş redaktoru və Russia Today telekanalının rəhbəri Marqarita Simonyanın beynəlxalq axtarışa verilməsi ilə bağlı prosedurlara başlayıb.
Buta.media-nın xəbərinə görə, bu barədə Ukrayna baş prokuroru İrina Venediktova bəyan edib.
“Simonyan Marqarita Semyonovna, sizin Ukraynada prosesual statusunuz – şübhəli şəxs. Ukrayna məhkəməsi Marqarita Semyonovnanı saxlanılaraq məhkəməyə gətirilməsinə icazə verib”, - Venediktova qeyd edib.
Baş prokuror həmçinin bildirib ki, yaxın günlərdə Simonyanın beynəlxalq axtarışa verilməsi prosesi başlayacaq.
“Siz başa düşməlisiniz ki, digər ölkənin srəhədini keçəndə həbs olunaraq Ukraynaya ekstradisiya olunacaqsınız”, - deyə o yekunlaşıdırıb.