Rusiya Ukraynanın daha üç şəhərinə raket atdı - VİDEO

Ukrayna mediası Lutsk və Dneprdə partlayışlar olduğunu yazıb. Əvvəllər bu şəhərlər hava zərbələrinə məruz qalmırdı.

Lutsk Ukraynanın qərbində bir şəhərdir. Dnepr ölkənin şərqində, Zaporojyedən çox uzaqda yerləşir.

Lutskda yerli sakinlərin ehtimalına görə, aerodrom vurulub. Dneprdə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, mərmilər uşaq bağçası və yaşayış binasının yanında yerləşən ayaqqabı fabrikinə düşüb, bir nəfər öldü.

İvano-Frankovskda da partlayışların olduğu bildirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ